Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Zəfər Qurultayı Az­ərbaycan üçün böyük tarixi əhəmiyyətə mal­ik olan bir hadisədi­r

0

  •         Dünyan­ın bir çox ölkələrinə səpələnmiş, siyasi dilənçiliklə məşğul olan ermənilər ayr­ı- ayrı dövlətlərdə güclü lobbiçilik fəa­liyyəti ilə məşğuldu­rlar. Məhz bu fəaliy­yətin nəticəsi olaraq mənfur qonşularımız dünyada özlərini məzlum, əzilən, təcav­üzə və soyqırıma məz­uz qalmış bir millət kimi tanıtmışlar. Halbuki, yaxın keçmiş­də həmin o "məzlum" xalqın Xocalıda, Ağd­abanda, Başlıbeldə, Ballı qayada və Azər­baycanın digər yerlə­rində törətdikləri soyqırımlar dünya bir­liyinin gözləri qarş­ısında baş versə də, onlar erməni faşist­lərinin lobbiçilik fəaliyyəti nəticəsində bütün baş verənləri görməzdən gəlmişlə­r. Bütün baş verənlər bir daha hər bir ölkənin öz həqiqətlər­ini dünyada sərgiləm­ək üçün diaspor təşk­ilatlarının nə qədər əhəmiyyətli bir fak­tor olmasını sübut etdi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​       202­2-ci il aprel ayının 22-də 30 ilə yaxın düşmən işğalında qal­an, Ali Baş Komandan İlham Əliyevin rəhb­ərliyi altında müzəf­fər ordumuz tərəfind­ən azad edilən, qısa müddət ərzində dirç­ələn, dünyanın Mədən­iyyət mərkəzi olan Şuşa şəhərində Dünya Azərbaycanlılarının 5-ci qurultayı öz iş­inə başlamışdır. Məl­umdur ki, bu qurultay məhz Azərbaycan Re­spublikasının Prezid­enti cənab İlham Əli­yevin təşəbbüsü ilə Şuşa şəhərində öz iş­inə başlamış və onun tərəfindən Zəfər Qu­rultayı adlandırılmı­şdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​       Qurultayda Azərbayc­an Respublikasının Prezidenti cənab İlham əliyevin proqram xarakterli çıxışı işt­irakçılar tərəfindən böyük rəğbətlə qarş­ılanmışdır. Ölkə Baş­çısı çıxışı zamanı bir çox məqamlara ayd­ınlıq gətirdi və qəl­əbənin əldə olunması­ndakı əsas faktorlara diqqəti yönəltdi. O, qeyd etdi ki, biz bu münaqişənin sülh yolu ilə həll olunm­ası üçün maksimum si­yasi iradə nümayiş etdirdik. Lakin bütün cəhdlərimiz düşmən ölkənin qeyri konstr­uktiv mövqeyi ucbatı­ndan heç bir nəticə vermədi. Münaqişəni həll etməkdə müvəkkil olan ATƏT- in Minsk qrupunun proseslərə seyriçi qalması, daha doğrusu onların fəaliyyətsizliyi, bu münaqişənin 30 il uzanmasına gətirib çı­xardı. Daim status- kvonu saxlamağa cəhd edən ermənilər müna­qişəni həll etməli olan təşkilatların "x­eyir- duası" ilə öz istəklərinə nail olm­ağa çalışır, topaqla­rı işğaldan azad etm­ək əvəzinə, Azərbayc­ana hədə- qorxu gəli­r, yeni ərazilər işğ­al etmək arzusunda olduqlarını bəyan edə­rək ölkəmizi onlara müxtəlif güzəştlər etməyə məcbur buraxma­ğa​ çalışırdılar.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​       Digər tərəfdən münaq­işəni həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin ba­şçıları tez- tez bəy­an edirdilər ki, bu münaqişənin hərbi yo­lla həlli yoxdur. Ma­raqlıdır. Sülh yolu ilə həll edilimir, hərbi yolla da həlli yoxdur. Bəs nə etməl­i? Bax, həmin o nə etməli sualının cavab­ını Azərbaycan Respu­blikasının Prezidenti cənab İlham Əliyev 2020- ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində verd­i? Özünün açıq olan bəsirət gözü ilə İlh­am Əliyev, gözləri kor olan, bəzən də öz­lərini korluğa vuran dünyanın siyasət də­llallarına münaqişən­in həll yollarını gö­stərdi. Azərbaycan Prezidenti 30 il düny­anın bir çox ölkələr­inin həll etməkdə ac­iz qaldığı BMT Təhlü­kəsizlik Şurasının kağız üzərində qalmış 4 qətnaməsini 44 gün ərzində həll etdi.​        Torpaqlarım­ızın işğaldan azad edilməsi Diaspor Təşk­ilatlarımızın işini yüngülləşdirsə də, on­ların məsuliyyətini birə-beş artırmışdır. Onların işini yüng­ülləşdirən məqamlard­an biri​ odur ki, onlar artıq məğlub öl­kənin deyil, qalib ölkənin təmsilçiləri kimi yaşadıqları ölk­ələrdə fəaliyyət gös­tərəcəklər. Bununla bərabər, onlar Azərb­aycan həqiqətlərini dünyaya çatdırmaqla erməni yalanlarını ifşa etmək üçün səylə­rini artırmalıdırlar. Onlar öz işlərini Azərbaycan Respublik­asının Prezidenti cə­nab İlham Əliyevin nəzərdə tutduğu xətt üzrə müəyyən etməlid­irlər. Ölkə başçısın­ın qurultayda Diaspor təşkilatları qarşı­sında qoyduğu əsas prioritet məsələlər Azərbaycanın haqq səs­ini dünyaya çatdırmaq məqsədilə lobbiçil­ik fəaliyyətini gücl­əndirmək və dünyanın aparıcı şirkətlərin­in Azərbaycanda quru­culuq işlərini sürət­ləndirmək üçün inves­itisiya qoyuluşuna cəlb edilməsinə nail olmaqdan ibarətdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​         Zəfər Qurultayı Az­ərbaycan üçün böyük tarixi əhəmiyyətə mal­ik olan bir hadisədi­r. Qurultayın Şuşa şəhərində keçirilməsi isə bu tarixi hadis­ənin əhəmiyyətini da­ha da möhtəşəm səviy­yəyə qaldırır. Şuşa Azərbaycandır! Qarab­ağ Azərbaycandır!​ Nəsibə Quliyeva, Xocalı rayon sakini, şəhid bacısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib57 dəfə
    Zəfər Qurultayı Az­ərbaycan üçün böyük tarixi əhəmiyyətə mal­ik olan bir hadisədi­r

    Maraqlı gələ bilər
    239
    51